Səs yazma studiyası

Səs yazma studiyası

Səs yazma studiyaları, vokalın və/və ya musiqi alətlərinin səslərinin xüsusi cihazlarla elektronik formatda qeydiyyatının aparıldığı və iç məkanının akustik olaraq mükəmməl dizayn olunmasının vacib olduğu məkanlardan biridir.   Bu studiyalar səs qeydiyyatının aparıldığı performans otağından və bu otağla vizual bağlantısı (pəncərə ilə) olan kontrol otağından ibarətdir. Səs yazma studiyalarının memari və akustik dizaynı paralel olaraq aparılması gərəkən bir prosses olub, detallı bir şəkildə layihələndirilməlidir. Xüsusilə, professional səs yazma studiyalarının dizaynı və tətbiqi böyük bir maddi sərmayə tələb etdiyindən, bu məkanlarda məqsədə uyğun akustik mühitin yaradılması daha böyük bir önəm kəsb etməkdədir.  Buna görə, akustik dizayn bu tip məkanlarda ilk və mühüm dizayn meyarı olmalıdır.