Mövcud məkandaki akustik vəziyyətin müəyyən edilməsi üçün xarici standartlara əsasən müəyyən edilmiş metodlarla akustik ölçmələr və analizlər aparılmaqdadır
Mövcud məkandakı səsləri istənilən şəklidə kontrol edə bilmək üçün (aradan qaldırmaq, azaltmaq, artırmaq, yönləndirmək və s üçün.) bu səslər ilə bağlı parametrik dəyərlər (SPL, RT, EDT, SNR, STI, və s.) akustik ölçmələr yolu ilə müəyyən edilir. Bu ölçmələr məkanın ölçüsü və istifadə olunma funksiyasına görə xarici standartlara (ISO, TS, EN və s.) əsasən həyata keçirilməkdədir. Akustik ölçmələr nəticəsində əldə edilən dəyərlər, yerli və xarici standartlarda müəyyən olunmuş optimal dəyərlərlə qarşılaşdırılaraq analiz edilməktədir. Bu analizlərə bağlı olaraq da məkandakı mövcud akustik mühit müəyyənləşdirilərək həll yolları və dizayn versiyaları axtarılmaqdadır.