Ofis

Ofis

Niyə Ofislərdə Akustik Keyfiyyət Vacibdir?

İş adamlarının gün ərzində zamanlarının çox hissəsini iş yerlərində və ofislərdə keçirdiyi nəzərə alınarsa, bu tip məkanlarda insan sağlamlığı üçün konfortlu iş mühitlərinin yaradılması qaçınılmazdır. Müasir dünyamızda bir çox ofis işçisi gün sonunda baş ağrısı, narahatlıq, stress, diqqət dağınıqlığı kimi şikayətlərdən gileylənməkdədir. Aparılan araştırmalarda, bu şikayətlərin meydana gəlmə səbəblərindən biri olaraq ofis və iş yerlərindəki akustik mühitin uyğunsuz olması görülmüşdür. Belə ki, bir məkanın birdən çox adam tərəfindən paylaşılması səbəbi ilə meydana gələn qarma-qarışıqlıq, səs-küy  və ofislərin buna uyğun akustik dizayn olmaması vəziyyəti kritik həddə gətirib çıxarmışdır.  Xüsusilə açıq ofislərin (open-plan) və zəng mərkəzlərinin (call-center) sayısının artması və bu ofislərdəki işçilərin sağlamlıq və iş səmərəliliyi ilə bağlı problemlər, bu mövzuda bir çox araşdırmaların aparılmasına səbəb olmuşdur.

Ofislərdə ehtiyac duyulan akustik mühitin xüsusiyyətlərini təməl olaraq üç başlıqda izah etmək olar

1)Ünsiyyət rahatlığı - işçi və müştəri arasındaki danışıqların uyğun və anlaşıla bilən bir şəkildə eşidilə bilməsi;

2)Danışıqların məxfiliyi – ofis içərisində baş tutan və məxfiliyinə ehtiyac duyulan danışıqların ətrafdaki digər şəxslər tərəfindən eşidilməməsinin təmin edilməsi;

3)Fondaki səsin yüksəkliyi – ofisdə arxa planda mövcud olan “istənməyən” səslərin (havalandırma və cihaz səsləri, yol/küçə səsi, iç məkandakı qarışıq insan səsləri, qonşu məkanlardan gələn səslər, və s.) aşağı səviyyələrə endirilməsidir.

Ofislərdə arzu olunan akustik mühitin hər kəs üçün fərdi otaqların yaradılması ilə əldə olunacağı düşünülməkdədir. Halbuki, doğru qərarlar verilərək hazırlanmış olan akustik dizaynlarla, ofis tipli məkanlarda da otaqlara ayırmadan rahat və məmnun edici iş mühiti yaratmaq mümkündür.