Çox məqsədli salon

Çox məqsədli salon

Konfrans, konsert, opera və teatr kimi fərqli funksiya və xüsusiyyətlərə sahib çox məqsədli salonlarda, eyni məkan içərisində bir-birinə təzad vəya bir-birindən  çox fərqli akustik mühitlərin yaradılması tələb oluna bilər. Belə ki, səhnədə baş tutan çıxışın/təqdimatın növünə görə bu məkanlardakı akustik mühit dəyişdiriləbilən olmalıdır. Əgər səhnədə insan səsi üzərinə qurulmuş bir təqdimat gerçəkləşdiriləcəksə, bu zaman məkandaki akustik keyfiyyətin əsas meyarı, bütün dinləyicilərin danışan şəxsi açıq-aydın bir şəkildə eşitməsi olacaqdır. Bunun əvəzinə, canlı musiqi alətləri və ya elektronik səsləndirmə cihazları ilə musiqi nümayişi olacaqsa, bu zaman da məkandaki akustik keyfiyyətin meyarı səsləndirilən musiqinin  dinləyicilər tərəfindən əks-sədadan uzaq (exosuz), tam bir şəkildə və narahatlıq hissi keçirmədən dinlənməsi olacaqdır. Ona görə də çox məqsədli salonlarda özəl dizayn olunmuş, dəyişdiriləbilən akustik mühitin yaradılmasına, buna bağlı olaraqda düzgün qərarlar verilərək hazırlanmış akustik dizayn layihələrinə ehtiyac vardır.