Binalarda səs izolyasiyası

Binalarda səs izolyasiyası

Mənzil alarkən və ya kiralayarkən diqqət edilməsi lazım olan bir digər parametr mənzilin akustik mühiti olmalıdır.  Beləki, mənzilin yerləşdiyi binada səs izolyasıyanın keyfiyyətli olub olmadığı detallı bir şəkildə sorğulanmalıdır. Mənzil içərisində ikən,

-qonşu mənzillərdən istənməyən səslərin gəlməsi - divarlarda səs izolyasiyasının;

-üst  və alt mərtəbələrdən addım, TV, musiqi və s. kimi səslərin gəlməsi - tavanda və döşəmədə səs izolyasiyasının;

-bina ətrafında yerləşən küçə, park, meydan, məktəb, bağça və s. kimi məkanlardan insan, maşın, siqnal, təyyarə və tikinti kimi səslərin gəlməsi - pəncərə və balkon qapılarında səs izolyasının;

-mətbəx, sanitariya qovşağı, hamam kimi məkanlarda santexnika və havalandırma  təchizatlarından narahat edici səslərinin gəlməsi- texniki təsisatlarda səs izolyasiyasınınheç olmadığını vəya kifayətsiz olduğunu göstərməkdədir.

Buna görə də, stersli, yorğun və dinamik keçən günün sonunda dincəlmək üçün gəldiyimiz və sevdiklərimizlə asudə vaxt keçirdiyimiz evlərimizdə bu tip problemlərlə qarşılaşmamaq üçün səs izolyası  faktoru hələ inşaat və təmir mərhələsində ikən düşünülməlidir. Çünki, doğru dizayn edilmiş divar, tavan, döşəmə və texniki təchizat detalları ilə ev və mənzillərimizdə arzu olunan akustik mühitlərin yaradılması rahatlıqla mümkündür.